Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsində "Qəbələ" - "Sent-Etyen" oyununu izləməyə gəlib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəsiss "Bakcell Arena"ya matçdan xeyli əvvəl təşrif buyurub. Prosineçki tribunalara gedən zamanı "Qəbələ"nin futbolçusu, oyunu mülki geyimdə tribunadan izləəyn Cavid Hüseynovla görüşüb. Onunla birgə gələn millinin həkimi də futbolşu ilə hal-əhval tutub.
Göründüyü kimi, yığmamızın nümayəndələri Cavidi diqqətdən saxlayır və futboçunun ilk növbədə fiziki durumu ilə maraqlanırlar.
Qeyd eədk ki, matçı izləyənlər araısnda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA baş katibinin müavini Sərxan Hacıyev yer alıb.









































































