Avropa Liqasının J qrupunda Yunanıstan PAOKu və "Qarabağ" klubları arasında keçiriləcək qarşılaşmaya təxminən bir saat qalıb. Sportnet.az-ın məlumatına görə, artıq oyunun keçiriləcəyi Saloniki şəhərinin "Tumba" stadionu matça hazırdır.
Azarkeşlər indidən öz yerlərini almağa başlayırlar.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
















                 





    
    
    
    
    
    
    
    
    























































