1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın kapitanı: "Əsas qorxduğum məqam..."
"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinun IV turunda Yunanıstan PAOK-u ilə keçirilmiş oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Qələbə münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsən?
- Komandanın tarixinin ən vacib qələbələrindən birini qazandıq. Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik. Yaxşı müdafiə olunub, qapandıq və yekunda qalib gəldik.
- Baş məşqçinin tapşırığı öz yerində, sən də kapitan kimi komanda yoldaşlarına demişdinmi ki, rəqib futbolçuların təxribatlarına uyma? İlk dəqiqələrdə də Maksim Medvedev də az qala bu təxribata gedəcəkdi...
- Xoşagəlməz hal yaşandı. Hadisələrə mən də müdaxilə etməli oldum. Rəqibə göstərdik ki, biz burada heç kimdən çəkinmirik. Yeganə çəkindiyim məqam 3-cü dəqiqədə sarı vərəqə alan Maksimin meydandan qovulması ola bilərdi. Amma o, təcrübəsindən istifadə edib, sona qədər meydanda qaldı.
- Oyunun əvvəlində qol buraxmamağın matçın gedişində çıxışınıza nə kimi təsiri oldu?
- PAOK-la ilk oyunumuzda da görmüşdük ki, ilk dəqiqələrdən təzyiq göstərirlər. Amma əsas odu ki, qol buraxmadıq.
- Qələbə komandada bir arxaynlıq yaradarmı?
- Matç hələ indi başa çatıb. Bu haqda indidən nəsə demək çətindi.
- 2 il əvvəl İtaliya "İnter”i ilə o məlum matçdan sonra demişdin ki, "bu mənim son şansım idi”. İndi necə düşünürsən?
- Vəsiqəni tam rəsmiləşdirəndən sonra bu suala tam cavab verəcəm.