UEFA Avropa Liqasının IV turunun oyunlarının ən yaxşı futbolçularının adlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, fərqlənənlər arasında "Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb.
34 yaşlı müdafiəçi PAOK-a Yunanıstanda 1:0 hesabı ilə qalib gəldiyimiz matçda ən yaxşı seçilib. Matçda qələbə topunun müəllifi isə sonradan meydana çıxan ispaniyalı yarımmüdafiəçi Migel Madera olub.
Digər təmsilçimiz "Qəbələ”nin "Sent-Etyen”lə ev matçında isə rəqib futbolçu fərqləndirilib. Bu, bərabərlik qolunu müəllifi Ussama Tannan olub. "Qəbələ" həmin oyunda 1:2 hesabı ilə uduzub.









































































