Avropa
Liqasının "play-off” mərhələsində "Neftçi” ilə qarşılaşacaq Serbiyanın "Partizan”
klubu yeni transferini həyata keçirib. Sportnet.az-ın məlumatına görə, son
mövsümü İsrailin "Hapoel” komandasında
keçirmiş Nenad Marinkoviç yeni mövsümdən Serbiya təmsilçisinin şərəfini
qoruyacaq.
25 yaşlı hüçumçu 2001-ci ildə elə bu "Partizan”ın uşaq futbol məktəbində
yetişib. Sonradan karyerasını ölkə xaricində davam etdirən serbiyalı oyunçu yenidən vətəninə
geri dönüb.
Qeyd edək ki, Nenad Marinkoviç "Partizan”da 29 nömrəli formanı geyinəcək.