"Şimali İrlandiya yığması Azərbaycan milli komandasına qarşıdakı ev oyununda qalib gəlməsə, onda 2018-ci il dünya çempionatının (DÇ-2018) final mərhələsində oynamağı unuda bilər". Sportnet.az-ın məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının sabiq futbolçusu Gerri Taqqart bildirib.
Keçmiş müdafiəçinin sözlərinə görə, noyabrın 11-də Belfastda Azərbaycan yığmasını məğlub edə bilməsələr, bu, onlar üçün dünyanın sonu olacaq. Taqqart bununla bağlı milli futbolçularını sərt şəkildə xəbərdarlıq edib: "Bu, bizim üçün mütləq qalib gəlməli olduğumuz, cari seçmə mərhələdə bizim üçün ən böyük qarşılaşmalıdır. Azərbaycan millisi qrupumuzda "sirli at"dır. O, indiyədək diqqətiçəkən təsir bağışlamaqla 2-ci yerdə gedir. Biz yenilənən stadionda azarkeş dəstəyinə malik olacağıq. Ümid edirəm ki, futbolçular ruhlanacaqlar və bizə laızm olan nəticəni qazanacaqlar".
Qeyd edək ki, 46 yaşlı Taqqart 1990-2002-ci illərdə çıxış etdiyi millisində 51 oyunda 7 qol vurub.

















































































