1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" qələbə qazandı, Gəncədə "sülh" - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun daha bir oyunu başa çatıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi" "İnter" klubunu qəbul edib.
İlk hissədə komandalar hücumlar etsə də, qapılara qol vurulmayıb.
İkinci 45 dəqiqəyə meydan sahibləri daha aktiv başlayıb. "Neftçi"nin yeni transferi Yohan Pessali komandada qol hesabını açıb. O, 53-cü dəqiqədə Səlahət Ağayevi məyus etməyi bacarıb. Meydan sahibləri ikinci qolunu penaltidən vurub. Cərimə meydançasından kənarda Zürab Xizanişvilinin əllə oyununu baş hakim Rəvan Həmzəzadə penalti kimi dəyərləndirib. 61-ci dəqiqədə topa yaxınlaşan Araz Abdullayev komandasının ikinci qolunu vurub. Lakin oyunun sonlarına yaxın penaltiya səbəb olan gürcüstanlı legioner qollardan birinin əvəzini çıxa bilib. O, 90-cı dəqiqədə fərqi birə endirib.
Bundan sonra qapılara qol vurulmayıb və oyun 2:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra "Neftçi" xal ehtiyatını 9-a çatdırıb. Ən yaxın qonşusu "Sumqayıt"la fərqi 1-ə endirib. "İnter" isə 20 xalla 3-cüdür.
5 noyabr (şənbə)
14:30. "Kəpəz” - "Sumqayıt” - 0:0
Qırmızı vərəqə: Kərim Diniyev, 61 ("Kəpəz")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun - 1:1
17:00. "Neftçi” - "İnter” - 2:0
QOl: Pessali, 53. Araz Abdullayev, 61
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Bakcell Arena” stadionu
İlk dövrədəki oyun - 1:2