1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"dan rekord, "Qəbələ"dən antirekord
Azərbaycan 2012-ci ildən təmsil olunduğu Avropa Liqasının qrup mərhələsində 4-cü qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, yenə "Qarabağ"la gerçəkləşib. Qurban Qurbanovun komandası Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəlməklə rekord müəyyənləşdirib.
Məsələ ondadır ki, indiyədək Avroliqa qruplarında 2 qələbəmiz olmamışdı. Buna ilk nail olan "Qarabağ"ın əvvəki 2 qələbəsindən hərəsi 1 mövsümdə olub. Bu, debütdə Kiyevdə "Dnepr", sonrakı mövsümdə Bakıda "Anderlext" üzərində 1:0 hesabı ilə olub.
Qrupda digər təmsilçilərimizdən "Neftçi" ilə "Qəbələ"nin qələbələri yoxdur. "Ağ-qaralar" yeganə mövsümündə qrup matçlarının yarısında heç-heçə edib, yarısında uduzub. Roman Qriqorçukun komandası isə ötən mövsümdə olduğu kimi 4-cü məğlubiyyətini alıb. Özü də bu dəfə ardıcıl olub. Qrupdan çıxmayacağı artıq rəsmiləşən "qırmızı-qaralar" məğlubiyyət sayında öz antirekordunu təkrarlayıb.