1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan himnini qısa vaxtda öyrəndim" - MÜSAHİBƏ
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının və Türkiyənin "Altınordu" klubunun milliləşdirilmiş legioneri Mutlu Aksu Doğanın "Report”un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir…
- 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi başa çatdı. Azərbaycan milli komandasının bu mərhələdəki çıxışını necə qiymətləndirirsiniz?
- Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 3 oyun keçirdi. 2 oyunda məğlub olduq və sonuncu oyunda ev sahibi Rumıniya millisinə qalib gəldik. Düzdür, komandamız Avropa çempionatı öncəsi çox gec toplaşdı. İlk oyunlarda bəzən bir-birimizi yaxşı başa düşmürdük, topu özümüzdə yaxşı saxlaya bilmirdik. Amma buna baxmayaraq, tezliklə çox yaxşı komanda olduq.
- Hər üç oyunda Azərbaycan millisi meydana ancaq qələbə üçün çıxsa da, yalnız sonuncu turda buna nail oldu. Rumıniyaya qarşı görüşlə bağlı təəssüratlarınız necədir?
- Əlbəttə, ilkin seçmə mərhələni qələbə ilə başa vurmaq istəyirdik. Rumıniyaya qarşı daha yaxşı oynadıq. Rəqibə qol vurmaq üçün çox imkan vermədik. Topla daha çox hərəkət etdik. Hər 3 oyuna çox yaxşı hazırlaşdıq, əzmkarlıq göstərdik. Məşqçilərimiz də bu oyunlara bizi yaxşı hazırlaşdırdılar. Qrupumuzdakı rəqiblərin hər biri güclü idi, biz də onlardan geri qalmadıq. Sadəcə, bəzi oyunlarda bəxtimiz gətirmədi.
- Yığmaya yeni cəlb olunmusunuz. Millidə özünüzü necə hiss edirsiniz?
- Düzdür, milli komandaya gec qoşuldum, amma buna baxmayaraq kollektivə tez alışdım. Şərəfini qoruduğumuz "Altınordu" klubundan 4 futbolçunun milli komandaya qoşulması və bu seçmə mərhələdə iştirak etməyimiz qürürvericidir.
- Azərbaycan millisini seçməkdə təəssüflənmirsiniz?
- Xeyr, Azərbaycanı çox sevirik, hətta deyərdim ki, qısa vaxtda Azərbaycan himnini də öyrəndik. Məşqçilərin üzərimizdə əməkləri çox böyükdür. Bizə Azərbaycanı sevdirdilər. Azərbaycanlı futbolçularla yaxşı münasibətlərimiz var və bir-birimizə qısa müddətdə alışdıq.
- Hər bir futbolçu legioner həyatı yaşamağı arzulayır. Siz necə, hər hansı xarici klubdan dəvət almısınız?
- Bu turnirdə təkliflər oldu (Avropa çempionatının ilkin seçmə mərhələsi - Red). Bir neçə klub rəsmisi millimizin məşqçiləri ilə söhbət edib və məni öz komandalarında görmək istədiklərini bildiriblər. Amma konkret hansı klublardan olmaları barədə kifayət qədər məlumatım yoxdur.