"İnter"in kapitanı Nizami Hacıyev "Neftçi" ilə oyundan sonra brifinq keçirib. Maraqlı açıqlamaları ilə diqəqt çəkən təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Onsuz da bütün oyunlarmız çətin olur. Bu dəfə də gözlədiyimiz kimi oldu. Penalti epizoduna baxdım, yox idi. Əllə oyun 2 metr kənarda idi. Kimsə bizi "sındırmaq" istəyirsə, alınmayacaq. Bu, belə şəkildə ilk və son məğlubiyətimizdir. Əlbəttə, hər matçda qapımıza 3 penalti təyin etsələr, uduzacağıq. Bu, belə davam etsə...Onsuz da Azərbaycan futbolu çöküb. Çöküb də qaqaş. Yoxdur Azərbaycanda futbol. Bu dərəcədə səhv etmək olmaz. Bunu hakimlərə, hakim-inspektolara, AFFA-da olanlara deyirəm. Kimliyindən asılı olmayaraq baxsınlar, qiymət versinlər. Necə oldu ki, 4 futbolçumuzda sarı vərəqə var, hamısına növbətini verib cəzalı duruma salırlar. Baxdınız epizoda, penalti vardı?
- Yox..
- İki metr cərimə meydanından kənarda idi əllə oyun...
- Baş hakim əvvəlcə cərimə zərbəsi təyin etmişdi, sonra köməkçisi Rəhim Həsənovla məsləhətləşəndən sonra penalti nöqtəsini göstərdi...
- Fərqi nədir ki? Hakim səhvidir istənilən halda. Biz hər dəfə gözləyək ki, belə olacaq. Gəncədə penalti verdilər, sonar üzr istədilər ki, yox idi. Bu, nə qədər davam edəcək? "İnter"in sonuncu yerdə getməyini istəyirlərsə, desinlər. Legionerlər olanda sıxırdılar. İndi yerli futbolçular, milli komandamızın 5 üzvü oynayır, yenə sıxırlar. Bu, nə qədər davam edəcək?
- Onda belə çıxır ki, "İnter"lə şəxsi qərəzlilik var?
- Belə çıxır da. Mən başqa cür qəbul edə bilmirəm.
- Oyunun gedişində baş hakimə komandanı meydandan çıxaracağını söylədin. Bunu edəcəkdin?
- Əlbəttə. Baş məşqçiyə deyirlər k, Nizami niyə baş kimlə danışır, etiraz eidr? Mən komandanın kapitanıyam. Etiraz edə bilərəm, ya yox? Kapitan niyə seçilir? Elə belə sarğını qolunda saxlamaqdan ötrü? Onda elə verək ehtiyat oyunçulardan birinə, o daşısın. Mən kapitan kimi baş hakimə sual verirəm ki, Ağabalaya niyə sarı vərəqə göstərdin? Denən də. Deyir ki, özü bilir. Məgər mən "pole çudes" oynayıram? Yoxsa hərf tapmalıyam? Allaha and olsun ki, bu, biabırçılıqdır. Əgər belə davam etsə, o biri oyunlarda şou olacaq. Bu da birbaşa yuxarı gedəcək. Belə etməsinlər də. Kişi kimi futbol oynayırıq. Xeyir ola bizi sıxmalıdırlar? Məgər xalqın düşmənləriyik? Çalışırıq ki, Azərbaycan xalqını hardasa təmsil edək.
- Baş məşqçi qeyd
etdi ki, Rauf Əliyev yoxluğu böyük rol oynadı...
- Mən də belə
deyərdim. Top hücum gedəndə, oradan oynayan onu 2-3 saniyə saxlamalıdır ki, komanda çıxsın. Rauf bu xüsusiyyətə malik futbolçudur. Ancaq bu gün onun yoxluğunda elə bir hücumçumuz yox idi. Pərdis 5 metrdən qapıya zərbə vurdu, müdafiəçi çıxardı. Halbuki mənə verə bilərdi ki, mən də top boş qapıya göndərim. Düzdür, mən onu qınamıram. Məndə də belə qaçırılan epizodlar olur. İlk öncədən şanslarımız oldu, bundan istifadə edə bilmədik.
- "İnter"ə qarşı ögey münasibətin səbəbini nədə görürsən? Bəlkə səsinizi çıxarmırsınız, ona görə belədir?
- Klubun prezidentinə müraciət elədim ki, rəhbərlər futbolumuzun məmurları ilə hakimlərlə bağlı danışsınlar. Görsünlər ki, nə məsələdir? Niyə hər dəfə bizim başımızda "partlayır"? 10 oyundur uduzmurduq, hakim səhvi nəticəsində məğlub olduq. Bütün xırda qayda pozuntuları bizə qarşı olur. Hakim haqsız yerə Tərlan Quliyevə sarı vərəqə göstərdi. Mənim heç kimim yoxdur ki, xahiş edim. Məni düzgün başa düşün. İfadələrimi düzgün yazın ki, qoy, millət oxusun, görsün ki nələr çəkirik. Hamımız kimi hakimin də səhvi olur. Ancaq belə səhvləri qəsdi-qərəzçilik kimi qəbul edirəm. Bu hakim layiqli cəzasını almasa, futbolumuz daha da pis vəziyyətdə olacaq.