1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Araz Abdullayev: "Bəlkə də penaltini kənara vurardım..." - MÜSAHİBƏ
"Neftçi"nin kapitanı Araz Abdullayev Azərbaycan Premyer Liqasının XI turunda "İnter"lə qarşılaşmadan sonra müsahibə verib. Yarımmüdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Qələbə qazanacağınıza inanırdınız?
- Təbii ki. Düzdür, neçə matçdır qələbəyə həsrət idik. Üstəlik, evdə çıxış edirdik. Bu səbəbdən, qələbəyə köklənmişdik. Rəqib güclüdür, meydanda yaxşı mübarizə apardı. Ancaq qələbəni biz daha çox istəyirdik. "İnter"in də fərqlənmək üçün imkanları oldu, ancaq istifadə edə bilmədi. Biz isə bunu bacardıq. Bu qələbə münasibətilə azarkeşlərimizi təbrik edirəm.
- Onlar ünvanınıza təhqirlər söyləyirdilər Bu amil 90 dəqiqədə sizi narahat etmirdi?
- Düzdür, nə qədər fikir verməsəm belə, təsir edir. Oyuna köklənməyə çalışırdım. Komandaya fayda vermək üçün əlimdən gələni edirəm.
- Əvəzlənəndə vitse-kapitanın Cavid İmamverdiyev olduğunu bildiyin halda, niyə kapitan sarğısını Mahir Şükürova uzatdın?
- Çox yorulmuşdum, nə etdiyimi bilmirdim.
- Bu qələbənin azarkeşlərin stadiona qayıtmasına köməyi dəyəcəkmi?
- Heyətimizdə problemlər olsa da, maksimum xal toplamaq üçün əlimizdən gələni edirik. Yəqin ki, qış fasiləsində daha yaxşı olacaq.
- Təkrardan aydın görünür ki, hakim vurduğun penaltini təyin edərkən, səhv qərar verib. Həmin epizod haqda fikirlərin necədir?
- Hakimlər özlərini həmişə haqlı sayırlar. Belə qərar verilibsə, deməli, haqlıdırlar. Onların qərarını müzakirə etmək istəmirəm.
- Penaltinin səhv olduğunu bilsəydin, dəqiq zərbə vurmazdın?
- Bəlkə kənara da vurardım. Bu, problem deyil.
- Uduzduğunuz matçdan sonra "mix-zona”ya gəlmirsiz. Jurnalistlərlə probleminiz var?
- Məğlubiyyəti qəbul edə bilmirəm. Bacardığım qədər qələbə qazanmağımıza çalışıram. Gəlməməyimin jurnalistlərlə əlaqəsi yoxdur.
- Azarkeşlərlə ayrıca görüşüb, söhbət etmək olmazmı?
- Onlar bazaya gəlirlər, dəfələrlə görüşmüşük də. Orda xoş sözlər desələr də, oyunda fərqli şüar səsləndirirlər. Çalışıram ki, oyunuma təsir etməsin. Peşəkar futbolçuyam, gedib kənarda kiminləsə söhbət etməyi özümə yaraşdırmıram. Münaqişə lazım deyil. Hər zaman bazadayıq. Nə sözləri olursa, gəlirlər, danışırıq.