Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçirilib.
İlk oyun Şüvəlanda keçirilib. Autsayder AZAL "Qəbələ"ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. 11 oyundan 25 xal toplayan "Qəbələ" turnir cədvəlinin 1-ci pilləsində də qalıb. Sonuncu pillədə olan AZAL isə xal ehtiyatını 4-ə çatdırıb.
Turun son oyununda isə "Zirə" və "Qarabağ" komandaları qarşılaşıb. Qarşılaşmanın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. İkinci hissəyə daha aktiv başlayan "Qarabağ" 69-cu dəqiqədə istəyinə çatıb. Dani Kintana meydan sahiblərinin qapısına yol tapıb. 10 dəqiqə sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqib torunu ikinci dəfə silkələyib. Bu dəfə Elvin Yunuszadə fərqlənib. Qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Qarabağ" xal ehtiyatını 25-ə yüksəldərək "Qəbələ"yə çatıb. Hazırda bu iki komanda şərikli liderdir. "Zirə" isə 14 xalla 4-cüdür.
Turun ilk görüşündə "Sumqayıt" Gəncədə "Kəpəz"lə oyunda qolsuz heç-heçə ilə ayrılıb. "Neftçi" isə öz meydanında "İnter"i 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası, XI tur
6 noyabr
14:00. AZAL – "Qəbələ” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. "AZAL Arena” stadionu
İlk dövrədəki oyun - 0:3
16:00. "Zirə” – "Qarabağ” - 0:2
Qol: Dani Kintana, 69. Elvin Yunuszadə, 79
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. Zirə İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun - 0:2