1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Neftçi”dən “Neftçi”yək və ya məğlubedilməz yeganə komanda
Azərbaycan Premyer Liqasında məğlubedilməz tək komanda qalıb. Sportnet.az-ın məlumatına görə, bu, yalnız "Qəbələ"dir.
Roman Qriqorçukun komandası kimi məğlubiyyətsiz irəliləyən "İnter" ilk dəfə olaraq XI turda "Neftçi"yə səfərdə uduzub - 0:2.
Maraqlıdır ki, Zaur Svanadzenin komandası çempionatda sonuncu məğlubiyyətini də məhz həmşəhərlilərindən onun meydanında alıb. Sadəcə, keçən mövsümün XXXIV turundakı həmin 2:4 hesablı məğlubiyyət "Bakcell Arena"da yox, rəqiblərini o vaxt qəbul etdiyi "Əlincə Arena"da olub. Həmin oyun mayın 15-də keçirilib və "İnter" 174 gün sonra Premyer Liqada meydanı məğlub tərk edib.
Bu, "Neftçi"nin cari çempionatda 3-cü, hazırkı baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında 2-ci qələbəsi olub. "Ağ-qaralar” cari çempionatın startında AZAL-ı səfərdə 2:0 hesabı ilə məğlub etmişdilər ki, onda baş məşqçi Vəli Qasımov idi. Abdullayevin rəhbərliyi altında qazanılan yeganə qələbə isə VII turda oktyabrın 1-də evdə "Kəpəz” üzərində 2:0 hesabı ilə olmuşdu. Göründüyü kimi, "Neftçi” 35 gündən sonra meydanı qalib tərk edib.