"Bizim "Zirə"yə acı məğlubiyyətimizdə qırmızı vərəqə oyunumuza təsir etmişdi. Əfsuslar olsun ki, yenə azlıqda qalmağımız planlarımızı pozdu". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov klub saytına açıqlamasında deyib.
O, qolsuz bərabərliklə başa çatan oyun haqda bunları bildirib: "Oyuna 3 xal üçün çıxmışdıq. Gəncədə, öz azarkeşlərimizin önündə oynadığımdan qələbə qazanmağa məcbur idik. Birinci hissədə pis təsir bağışlamadıq. 2-3 qol vəziyyətimiz oldu. Azlıqda qaldıqdan sonra bir az üstünlük rəqibin tərəfinə keçdi. Bu da normal bir şeydir, say üstünlüyü onların xeyrinə idi. Məncə, heç-heçə hardasa ədalətli nəticə idi”.

















































































