1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA Qriqorçuku cəzalandırdı
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Komitə AZAL - "Qəbələ" matçında baş verənlərlə bağlı qonaqların baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb.
Oyunun 14-cü dəqiqəsində tezxniki zona qaydalarını pozduğu üçün tribunaya göndərilən ukraynalı mütəxəssis 1 oyunluq cəzalanıb. Klubu bu səbəbdən 800 manat ziyana düşüb. İK həmin anda baş verənlərlə bağlı AZAL-ın futbolçusunu da cəzasız qoymayıb. Oyunun videoyazısına baxıldıqdan sonra İlqar Ələkbərovun rəqib oyunçuya qarşı kobud oynadığı üçün 2 oyunluq cəzalanmasına qərar verilib və klub 1600 manat cərimə ödəməli olacaq.
Üstəlik hər iki komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klublar 800 manat cərimələnib.
Premyer Liqanın XI turunun "Kəpəz" - "Sumqayıt" matçının 62-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Həmin turun "Neftçi" - "İnter" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.