Şimali İrlandiya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə qarşıdakı oyuna qara sarğı ilə çıxacaq. Sportnet.az-ın məlumatına görə, onlar bununla "Atəşkəs Günü”nü ("Barışıq Günü”) qeyd edəcəklər.
Qarşılaşmanın keçiriləcəyi "Uindzor Park” stadionunun ekranında 1916-cı ildə I Dünya Müharibəsi zamanı həlak olmuş irlandiyalı futbolçuların adları göstəriləcək. İrlandiya və Şimali İrlandiya eyni millət olduqları üçün hər iki ölkə bu günü
qeyd edəcək.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 11-i Bakı vaxtilə saat 23:45-də başlayacaq.