1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kapitan məşqi kənardan izlədi - FOTOLAR
Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər oyunu öncəsi son hazırlığını keçirib. Sportnet.az-ın məlumatına Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, Robert Prosineçkinin komandası matçın keçiriləcəyi Belfastda "Windsor Park" stadionunda açıq məşqə çıxıb.
45 dəqiqə nəzərdə oyunqabağı məşqin yalnız ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olub. Həmin müddətdə Avropada fəaliyyət göstərən "Milli dəstə” azarkeş qrupunun üzvləri də müxtəlif şüarlarla futbolçulara dəstəyi əsirgəməyiblər.
Yığmamızın zədəli kapitanı Rəşad Sadıqov son hazırlıq prosesini tribunadan izləyib. Məşqi izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, assosiasiya rəsmiləri olub.
Oyunun başlama saatına təsadüf edən hazırlıqda Sadıqov istisna olmaqla bütün futbolçular iştirak ediblər. Yüngül qaçışdan sonra fiziki təmrinləri yerinə yetirən komanda ardınca Prosineçkinin tapşırıqlarını həyata keçirib.