Bu gün DÇ-2018-in seçmə mərhələsində Rumıniya və Polşa yığmaları arasında keçiriləcək matçdan öncə insident yaşanıb. Sportnet.az-ın məlumatına görə, toqquşmada yalnız qonaqların azarkeşləri iştirak ediblər.
İki qrup polşalı fanat bir-biri ilə dava edib. Lakin Rumıniya polisi 5 dəqiqə ərzində vəziyyəti nəzarət altına ala bilib. Belə ehtimal olunur ki, münaqişə "Legiya" və "Visla" azarkeşləri arasında olub.














































































