1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizdə yeni "14 nömrə" - FOTO
Azərbaycan milli komandasında yeni "14 nömrə" müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, milllimziin kapitanı Rəşad Sadıqovun uzun illər daşıdığı bu forma Şimali İrlandiya yığması ilə bu gün Belfastda keçiriləcək rəsmi matçda komanda yoldaşı Elvin Məmmədovda olacaq. Sadıqov Beldastdakı qarşılaşmanı zədə üzündən tribunlardan izləməli olacaq.
Rəşad millimizin son matçı olan Çexiya yığması ilə qolsuz bərabərliklə nəticələn səfər matçından da zədə üzündən kənardan qalmışdı. Ancaq onda 34 yaşlı müdafiəçi matça sifariş olunan futbolçular sırasında idi. Ancaq bu dəfə UEFA-nın matç üçün iştirak ərizəsində Rəşadın adı ümumiyyətlə, yoxdur.
Məmmədov isə oktyabrdakı matçlarda zədə üzündən kənarda qalmışdısa, sentyabrda San Marino yığması ilə səfər oyununda "10 nömrə"də idi. Həmin vaxt "11"-i daşıyaraq yeganə qolun müəllifi olan Ruslan Qurbanov indi "10 nömrə"nin sahibidir.