Şimali İrlandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçı yağışlı hava şəraitində baş tutacaq. Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda "Windsor Park"da yağış yağır. 
Matça az qalsa da, tribunalar hələ indi dolmağa başlayır. Millimizi dəstəkləməyə Avropa ölkələrindən 50-dən artıq fanat gəlib. Onlar Azərbaycan bayraqları ilə komandamız lehinə müxtəlif şüarlar səsləndirirlər.  
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 









                 









    
    
    
    
    
    
    
    
    


























































