1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev 331-də dayandı
Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində ilk qolunu buraxıb. Sportnet.az-ın məlumatına görə, bu, Şimali İrlandiya yığması ilə Belfastda keçirilən matçın 27-ci dəqiqəsində rəqibin hücumçusu Kal Lafferti olub.
Bununla da qapıçımız Kamran Ağayevin "quru seriya"sı qırılıb. O, sonuncu dəfə ötən seçmə mərhələdə Bolqarıstan yığmasına Sofiyada 0:2 hesabı ilə uduzduğumuz matçda topu qapısından çıxarmışdı. Onun müəllifi 56-cı dəqiqədə fərqlənən Dimitar Rangelov olub. Nəticədə Ağayev 331 dəqiqədən sonra millidə rəsmi matçda qol buraxıb.