Azərbaycan milli komandası seçmə mərhələdə 760 gündən sonra böyük hesabla uduzub. Sportnet.az-ın məlumatına görə, bu, millimizin 2016-cı ildə son matçını keçirdiyi Şimali İrlandiyada qeydə alınıb. Robert Prosineçkinin baş məşqçisi olduğu bu ölkənin yığmasına Belfastda 0:4 hesabı ilə məğlub olub.
Yığmamız bunadək rəsmi oyunda son böyükhesablı məğlubiyyətini məhz Prosineçkinin həmyerliləırindən almışdı. Bu, 2014-cü ilin oktyabrın 13-də Xorvatya yığmasına Osiyekdə 0:6 hesablı məğlubiyyət idi.
Millimiz seçmə mərhələdə 10 oyundan sonra yenidən darmadağın olunub. Bu, yığmamızın 24 illik tarixində 43-cü böyükhesablı məğlubiyyəti olub. Bunlardan çoxu - 33-ü seçmə mərhələyə (21-i Avropa, 12-i dünya çempionatının), 10-u yoldaşlıq görüşlərinə təsadüf edib.
Azərbaycan yığması tarixində 6-cı dəfə 0:4 hesabı ilə uduzub. Həmin oyunlar bunlardır:
9 iyun 1999. Buxarest. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Rumıniya – Azərbaycan - 4:0
29 mart 2003. Kardiff. 2204-cü il Avropa çempionatının seçmə mərhələ oyunu. Uels - Azərbaycan - 4:0
11 oktyabr 2003. Reco di Kalabriya. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu. İtaliya – Azərbaycan - 4:0
9 sentyabr 2009. Hannover. 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunu. Almaniya - Azərbaycan - 4:0
3 sentyabr 2014. Moskva. Yoldaşlıq görüşü. Rusiya – Azərbaycan - 4:0
11 noyabr 2016. Belfast. 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunu. Şimali İrlandiya – Azərbaycan - 4:0
Göründüyü kimi, bu hesablı məğlubiyyətlərdən yalnız 1-i qeyri-rəsmi matça təsadaf edib. Millimiz dünya çempionatının seçmə mərhələsində 2-ci dəfə 0:4 məğlub olub ki, birincidə rəqibi hazırda da eyni qrupda mübarizə apardığı Almaniya yığması olub.
Qeyd edək ki, millimizin seçmə mərhələdə qazandığı yeganə böyükhesablı qələbə də məhz 4:0 hesabı ilə olub. Bu, 1999-cu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynlə matçdır. Həmin qarşılaşma 2000-ci il Avropa çempionatının seçmə mərhələsində idi.