Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Kadis" klubunun heyətində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi II divizionda "Levante" ilə səfərdə qolsuz bərabərliklə matçda iştirak edib. İsrafilov 81-ci dəqiqədə meydana daxil olub. "Kadis" 18 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İsrafilov millimizin Şimali İrlandiya yığması ilə Belfastdakı matçına çağırılsa da, ehtiyatda qalıb.














































































