
"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Tvente" Hollandiya çempionatında ilk turun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Enshede təmsilçisi "Kambür"un qonağı olub.
Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə "Kambür"ün slovakiyalı yarımmüdafiəçisi Albert Rusnak açıb. "Tvente" yalnız 88-ci dəqiqədə məğlubiyyətdən xilas ola bilib. Komandasına 1 xal gətirən qolu 23 yaşlı mərakeşli hücumçu Yunus Muxtar vurub.
Qeyd edək ki, "Qarabağ" "Tvente" ilə ilk görüşünü avqustun 21-də Bakıda, cavab görüşünü 1 həftə sonra səfərdə keçirəcək.