1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayevdən 4 sarı, 1 qırmızı vərəqə - VİDEO
Azərbaycanlı FİFA hakimi Əliyar növbəti beynəlxalq matçını idarə edib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı referimiz 2018-ci il dünya çempionatının seçmə mərhələsində Kipr - Cəbəllütariq matçının baş hakimi olub.
Gözlənildiyi kimi, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Ağayev meydan sahiblərindən Ceyson Demetriou (37-ci dəqiqə) və 2-ci qolun müəlifi Pyeros Soterionunu (78-ci dəqiqə) sarı vərəqə ilə cəzalandırıb. O, qonaqlara da iki sarı vərəqə göstərib. Ancaq bu, eyni futbolçuya - Ceys Mascarenhas-İliveroya olduğundan qırmızı vərəqə ilə nəticələnib. Ağayev ona 2 dəqiqəyə (78 və 80-ci dəqiqələrdə) 2 sarı vərəqə göstərib.
Qeyd edək ki, Ağayevə bu oyunda Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov yardımçı olub.