1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin rəqibi: "Azərbaycanla oyundan öncə danışmışdıq"
"Azərbaycanla oyunda əvvəl öz aramızda 4 aydan sonra qalib gəlmək, qrupda ikinci yerə yüksəlmək haqda danışmışdıq". Sportnet.az-ın məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV tur matçında Azərbaycan milli komandasına 4:0 hesabı ilə qalib gələn Şimali İrlandiya yığmasının futbolçusu Coni Evans deyib.
28 yaşlı müdafiəçi qrupdakı digər rəqiblərin nəticələrindən danışıb: "Çexiyanın Norveçi, Almaniyanın qrup sonuncusu San Marinonu məğlub etməsindən sonra qrupda planlaşdırdığımız vəziyyət yaranıb. Qarşıda oyunlarımız var. Çexiya və Almaniya yığmalarını da evdə qəbul edəcəyik. Norveçlə isə səfərdə görüşəcəyik. Sonuncu ev oyunumuzu Almaniyaya qarşı keçirəcəyik. Onu deyə bilərəm ki, bu qrupda ikinci mərhələ başlanğıcdan daha çətin olacaq".
Qeyd edək ki, C qrupunda Almaniya, Azərbaycan, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino yığmaları mübarizə aparır. Hazırda Almaniya 4 oyundan 12 xal toplayaraq qrupa liderlik edir. Aktivində 7 xal olan Şimali İrlandiya və Azərbaycan isə müvafiq olaraq 2-3-cü pillələri bölüşür. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədir. Qrup sonuncusu San Marino yığmasının aktivində isə xal yoxdur.