2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Bakıda Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi nəzərdə tutulsa da, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınara bu addım atılıb.
Məsələ ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.