1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki legioner limitinin artırılmasına münasibətini bildirdi
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqamızda legioner limitinin artırılmasının tərəfdarı deyil. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis "Xəzər TV"də efirə gedən "Futbol saatı" verilişində "Qarabağ", "Qəbələ" kimi lider klublarının legioner limitinin 6+5"dən "7+4"dən artırılması istəyi ilə bağlı sualı cavablandırıb.
Prosineçkinin fikrincə, legioner limiti süni şəkildə artırılmalı deyil: "Mənim özüm legioner karyerası yaşamışam və legionerin necə olmalı olduğunu yaxşı bilirəm. O, yerli futbolçudan ən azı 2-3 dəfə güclü olmalıdır ki, nəsə öyrənəsən. Məsələn, "Qarabağ"da braziliyalı yarımmüdafiəçi Riçard Almeydadan Namiq Ələsgərov və digər gənc futbolçular çox şey öyrənə bilər. Ancaq gələn legioner güclü olmayacaqsa, ondan yerli futbolçu bir şey götürməyəcəksə, limiti artırmağın nə faydası var? Bu yolla limiti qaldırmaq düzgün deyil. Limiti qaldırırıqsa, gətirilən legioner çox keyfiyyətli olmalıdır".
Qeyd edək ki, Prosineçkinin Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşlərində legioner limiti də müzakirə olunub.