Hazırda "Haladaş" klubunda çıxış edən qapıçı Qabor Kiray Macarıstan milli komandası ilə vidalaşıb. Sportnet.az-ın məlumatına görə, 40 yaşlı qolkiperin yığmada son oyunu İsveçlə yoldaşlıq görüşünə təsadüf edib.
Start heyətində meydana çıxan və 29 dəqiqə yığmanın qapısını qoruyan Kiray yerini Balaj Medyeriyə verib. Qarşılaşma Macarıstanın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Oyundan öncə Macarıstan Futbol Federasiyasının prezidenti Sandor Ksanyi qapıçıya xatirə hədiyyəsi verib.
1998-ci ildən Macarsıtan millisində 108 oyuna çıxan Kiray yığmanın formasını ən çox geyinən futbolçudur. "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub.
Qeyd edək ki, Kiray karyerası ərzində İngiltərənin "Kristal Palas", "Vest Hem", "Aston Villa", "Börnli" və "Fulhem" komandalarında çıxış edib.













































































