Rumıniya yığmasının və İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Daniel Prodan vəfat edib. Sportnet.az-ın məlumatına görə, o, televizora baxarkən infarkt keçirib.
Müdafiəçi kimi çıxış etmiş Prodan 44 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o,1996-1998-ci illərdə "Atletiko"da çıxış edib. Madrid klubunun heyətində 34 oyuna çıxan müdafiəçi 4 qol vurub. Karyerası ərzində "Styaua", "Reyncers" "Messina", "Proqresula" klublarında çıxış edib. Yığmada 54 oyun keçirən D.Prodan 5 qat Rumıniya çempionu, iki dəfə Rumıniya Kuboku və Superkubokunun qalibi və 2 dəfə Şotlandiya çempionu olub.













































































