Rusiyanın Sankt-Peterburq şəhərində 2018-ci ildə keçiriləcək dünya çempionatı üçün stadionun tikintisində fırıldaqçılığa yol verən şəxsin erməni olduğu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Oqanesyandır.
Baş podratçı 2014-cü ildə "Transstroy"la TDM şirkətləri arasında stadion üçün video tablonun çatdırılması üçün müqavilədən 50 milyon rubl yeyintidə şübhəli bilinib. O, bir müddət xəstəxanada qaldıqdan sonra yenidən müvəqqəti saxlanma təcridxanasına qaytarılıb.
Qeyd edək ki, "Sankt-Peterburq" stadionu Konfederasiyalar Kubokunun 3 qrup oyununa və final görüşünə ev sahibliyi edəcək. Bundan başqa DÇ-2018-in 4 qrup, 1/8 final, yarımfinal və üçüncü yerin sahibini müəyyənləşdirəcək oyun da bu stadionda keçiriləcək.













































































