1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tsxadadzenin Azərbaycandakı həsrəti Qazaxıstanda davam etdi
Bakının "İnter" klubunun sabiq baş məşqçisi Kaxaber Tsxadadze Qazaxıstanda titula həsrət qalıb. Sportnet.az-ın məlumatına görə, gürcü mütəxəssisin baş məşqçisi olduğu "Kayrat" bu gün Almatında mərkəzi stadionunda keçiriən ölkə kubokunun finalında "Astana"ya 0:1 hesabı ilə uduzub.
Bununla da Tsxadadzenin komandası çempionluq mübarizəsində olduğu kimi, kubokda da paytaxtı təmsil edən rəqibinə məğlub olub.
Xatırladaq ki, 48 yaşlı mütəxəssis Azərbaycanda 2 klubda - "Standard" və "İnter"də ümumilikdə 7 il işləsə də, ölkə kubokunu qazana bilməyib. O, Azərbaycan kubokunun finalında da iştirak etsə də, məğlubiyyət acısı dadıb. "İnter"də son mövsümündə (2014/15) gümüş mükafat qazanan Tsxadadze Qazaxıstanda debüt mövsümündə də həmin əyarlı medalı qazanıb. O, "İnter"də ilk ilində - 2010-cu ildə çempion olub.