Türkiyə Superliqasının ən maraqla gözlənilən derbisi "Fənərbağça” – "Qalatasaray” matçı bu dəfə XI tura təsadüf edib.
Sportnet.az-ın məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 21:00-da "Şükrü Saracoğlu" stadionunda qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Oyunun rəhrəmanı Robin van Persi olub. Hollandiyalı hücumçu matçda hər 2 qolun müəllifi olub.
"Fənərbağça” bu nəticə ilə derbidə qələbə nisbətini bir qədər də artırıb. Komanda artıq 151-ci qələbəsini hesabını yazıb. Keçirilən 385 matçdan 127-də "Qalatasaray” qələbəyə sevinib, 107 qarşılaşma isə bərabırlik nəticələnib.
Qeyd edək ki, "Fənərbağça" bu qələbə sayəsində turnir cədvəlində "Qalatasaray”ı keçərək 21 xalla 3-cü pilləyə yüksəlib. "Qalatasaray” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.
Türkiyə Superliqası, XI tur
21:00. "Fənərbağça" - "Qalatasaray" - 2:0
Qollar: Robin van Persi, 45, 78-pen