Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Anderlext" (Belçika) oyununun biletləri satışa çıxarılır. Sportnet.az-ın məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.









































































