Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prosesdə M.Əhmədovun vəkili vəsatət qaldırıb. O, zərərin ödəlinməsi ilə bağlı hərəkət edildiyini bildirib: "Buna görə məhkəmədən vaxt istəyirik".
Vəsatət təmin edilib.
Proses noyabrın 25-də davam etdiriləcək.