Rusiya yığmasının Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov qış transfer pəncərəsində komandasını dəyişə bilər. Sportnet.az-ın məlumatına görə, hazırda "Lokomotiv"də çıxış edən yarımmüdafiəçi karyerasına Moskva "Spartak"ında davaç edə bilər.
Onun hazırkı klubu ilə 2019-cu ilədək müqaviləsi var. Lakin müqavilədə futbolçunun yaxşı təklif nəticəsində klubu erkən tərk etməsi barədə şərt yer alıb.
Qeyd edək ki, A.Səmədov 2012-ci ildən "Lokomotiv"də çıxış edir.











































































