1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlkə imza atan futbolçularımız narkotik alverçisi çıxırlar
Azərbaycan klublarının heyətində ilkə imza atan futbolçular narkotik alverçisi çıxırlar. Sportnet.az-ın məlumatına görə, bu dəfə həmin oyunçu "Karvan"ın sabiq hücumçusu Xalid Muradov olub.
Muradov və şəriki 7,5 kq narkotik maddəsi olan marixuana satarkən Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onlar hazırda Gəncə təcridxanasında saxlanılırlar.
Bundan öncə narkotik alverində "ilişən" isə Mehman Alışanov olmuşdu. O, 2008-ci ildə Bakıda daş sexində işlədiyi zamanı Nəbi Bayramov adlı şəxlə işbirliyinə girərək kokain satırmış. Ancaq bu yolla pul qazanmaq o vaxt 41 yaşı olan Alışanova baha başa gəlib və Xətai rayon hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Haqqında cinayət içi açıan Mehmana sonda hökm oxunub. Xeyli vaxt həbsxanada həyatı yaşamalı olan keçmiş futbolçu artıq azadlığa buraxılıb.
Alışanov ötən il "Qarabağ"la "Neftçi" arasında Qəbələdə keçirilən Azərbaycan kubokunun final oyunundan öncə bu komandaların veteranlarının yoldaşlıq görüşündə iştirak edib. 1993-cü ildə "Qarabağ"ın heyətində "qızıl dubl"a imza atan Mehman Azərbaycan milli çempionatının ilk qolun müəllifi kimi tarixə düşüb. Keçmiş yarımmüdafiəçi 1992-ci ilin mayın 3-də Sabirabad "İnşaatçı"sına Ağdamda 1:2 hesabı məğlub olduqları matçın 4-cü dəqiqəsində hesabı açıb.
31 yaşlı Muradov isə "Karvan"ın UEFA kubokunda ilk qolunun müəllifi olub. O, buna 2006-cı ildə Trnava "Spartak"ına "Şəfa" stadionunda 1:0 hesabı ilə qalib gəldikləri matçda imza atıb. Milliləşən rusiyalı Yuri Muzikanı nəzərə almasaq, Xalid artıq tarixin yaddaşına köçən Yevlax klubunda qol vuran yeganə azərbaycanlı futbolçudur.