1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qonaqlar üçün "qorxulu yuxu", "Qəbələ"nin qış çempionu olma şansı
Azərbaycan Premyer Liqasının cari mövsümündə qonaqlar üçün ən uğursuz tur qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, XII turda rəqib meydanında çıxış edən komandaların hamısı meydanı məğlub tərk edib.
Bunadək qonaqların qalib gələ bilmədiyi turlar olmuşdu. Ancaq 4 matçın hamısında nəinki uduzmaq, qol da vura bilməmək ilk dəfə baş verib. Həmin uğursuzlar, "qorxulu yuxu"nu görənlər "Zirə", "Kəpəz", "Neftçi" və AZAL olub.
Son turlarda nəinki qalib gələ, qol da vura bilməyən "Kəpəz" "Qarabağ"ı artıq 14 ildir məğlub etməyə müvəffəq olmur. Baş məşqçi Şahin Diniyev hələ "Qarabağ-Azərsun"da işlədiyi vaxtdan Gəncə təmsilçiis üçün yaranan bu kabusu aradan qaldıra bilmir. AZAL-ın isə "İnter"ə 12 oyundur qalib gələ bilmədiyini nəzərə alsaq, möcuzənin baş verəcəyi gözlənilmirdi. "Zirə" Premyer Liqada debüt ilində "Qəbələ"yə ciddi rəqib olsa da, bu mövsüm meydanı qol vura bilməyərək məğlub tərk edir. "Neftçi" ardıcıl 3-cü dəfə "Sumqayıt"la matçlarda 1 xal da qazana bilməyib. Özü də Samir Abasovun komandası titullu rəqibini bir qayda olaraq 2 qol vuraraq yenir. "Neftçi" "Sumqayıt"la matçlarda 10 oyundur meydanı qolsuz tərk etmirdisə, bu dəfə serya qırılıb.
Şərikli liderlərin birgə irəliməməsi, "İnter"in onu qarabaqara izləməsi ilə turnir cədvəlində böyük xal fərqi yaranıb. Təsəvvür edin ki, "Qəbələ" ilə "Qarabağ" 4-cü pillədə olan "Zirə"ni artıq 14 xal qabaqlayırlar. Bu isə onsuz da matçlarının sayı azalar çempionatımızda böyük fərqdir. Belə gedişlə qızıl və gümüş medalçıları, ümumiyyətlə, mükafatçıları hələ son dövrə başlamamış biləcəyik.
Zirvədəkilərlə 5 xallıq fərqi qoruyub saxlayan "İnter"in çempionluq mübarizəsinə qoşulması üçün yaxşı imkan yaranıb. Axı növbəti turda "Qəbələ" ilə "Qarabağ" bir-biri ilə görüşəcək. "Azərsun Arena"da keçiriləcək bu oyunda heç-heçə Zaur Svanadzenin komandası üçün ən arzuolunan nəticədir. Aıx bu zaman rəqiblərin ikisi də xal itirəcək. "İnter"in isə "Zirə"ni səfərdə olsa belə məğlub etmək şansı az deyil.
Ümumiyyətlə, "Qarabağ" - "Qəbələ" matçı çempionluq olmasa da, qış çempionluğu müəyyənləşdirmək baxımından həlledici olacaq. Məlum olduğu kimi, mövsümün ilk yarısının bitməsinə 2 tur qalıb. "Qəbələ" qalib gələrsə, qış çempionu olmasını artıq rəsmiləşdirəcək. Çünki "qırmızı-qaralar" son turda Gəncədə "Kəpəz"ə uduzsa və "Qarabağ"sa "İnter"ə qalib gəlsə belə 1-ci pillədə qalacaq. Axı xallar eyni olanda şəxsi oyunlar əsas götürülür. Roman Qriqorçukun komandası isə son 3 mövsümün çempionunu ilk dövrədə evdə 2:0 hesabı ilə məğlub edib.
İstənilən halda, qış fasiləsinə ilk 3 yerdə məhz "Qəbələ", "Qarabağ" və "İnter"in çıxacağı artıq dəqiqdir. Çünki "bankirlər" 4-cü pillədə gedən "Zirə"dən 9 xal irəlidədir ki, bunu son 2 tura aradan qaldırmaq mümkün olmayacaq.
Turnir cədvəlinin zirzəmisində isə mənzərə belədir ki, son yerin sahibi AZAL qış fasiləsinə ən yaxşı halda 7-ci pillədə yollana bilər. Tərlan Əhmədovun komandası 6-cı pillədə olan "Kəpəz"dən 8 xal geri qaldığından ona çatmaq şansı yoxdur. "Təyyarəçilər"in hələ qələbə qazanmadığını nəzərə alsaq, 5 xal geri qaldığı "Neftçi"ni 7-ci pillədən sıxışdırması da çətin olacaq.
Mehman SÜLEYMANOV