Son zamanlar işləri yolunda getməyən "Anderlext” klubunda "günah keçisi” kimi baş məşqçi Rene Vayleri göstərirlər.
Sportnet.az-ın məlumatına görə, komandanın sabiq baş məşqçisi Ariel Yakobs da isveçrəli mütəxəssisin işindən narazı olduğunu vurğulayıb: "Komanda qalib gələrkən heç bir narazıçılıq olmur. Futbolçularınıza hücum çəkmirsiniz. İdarəetmə metodunuza heç kim qarışmır. Ancaq "Zulte Varegem” məlubiyyətindən sonra futbolçu Sofiane Hanni baş məşqçinin hücum sistemini tənqid etdi. Hanninin reaksiyası oyunçuların şikayətlərini açıqca ortaya qoyduqlarını bir daha sübut edir. Bu, gələcəkdəki yanğının ilkin qığılcımları ola bilər. Futbolçular ilk hissədəki sistemlə razıdılar".
Yakobs bildirib ki, belə gedərsə ya baş məşqçi, ya da onun köməkçiləri dəyişilməlidir: "Komandanı bu vəziyyətə gətirən günahkarı tapmaq lazımdır. Belə olduqda komanda da özünü güvənli hiss edəcəkdir”
.
Qeyd edək ki, "Anderlext” 2 gün sonra "Qəbələ” ilə Avroliqanın qrup mərhələsi çərçivəsində Bakıda qarşılaşacaq.