Gürcüstan milli komandasının baş məşqçisi Vladimir Vayssın gələcək taleyinə aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, ölkənin futbol federasiyası 52 yaşlı slovakiyalı mütəxəssisi istefa göndərməyəcəyini açıqlayıb. Onun ən azı müqaviləsinin sonunadək - 2017-ci ilin axırınadək işləyəcəyi bildirilir.
Millinin son vaxtlar uğursuz nəticələrinə görə Vayssın vəzifəsindən getməsinin mümkünlüyü ilə bağlı şayiələr gəzir. O, martdan rəhbərlik etdiyi yığma ilə 8 oyundan yalnız 1-də qalib gəlib, 3 dəfə heç-heçə edib və 4 məğlubiyyət alıb.
Qeyd edək ki, Vladimir Vayss Azərbaycan Premyer Liqasından komandasına yalnız "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskirini dəvət edir.











































































