Hazırda Rusiyanın MOİK komandasında məşqçi kimi çalışan Vyaçeslav Çanov "Neftçi"də qapıçı kimi çıxış etdiyi dövrü xatırlayıb.
Sportnet.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis "cska.in"ə müsahibəsində Azərbaycanda bəzi söz və ifadələri öyrənməli olduğunu bildirib. Çanovun fikrincə, bunlar oyun zamanı müdafiəçiləri xəbərdar etmək üçün vacib idi: "Məsələn, "tələsmə" sözü. İfadəni düzgün demək çox gərəklidir".
Qeyd edək ki, Vyaçeslav Çanov 1985-1986-cı illərdə "Neftçi"də çıxış edib. O, 33 oyuna 35 top buraxıb.










































































