Avropa Liqasının qrup mərhələsində sabah "Qəbələ”ylə qarşılaşacaq "Anderlext”in futbolçusu Yuri Tilemans oyunöncəsi mətbuat konfransında iştirak edib. Sportnet.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi ötən bazar çempionatda uduzmalarının sabahkı qarşılaşmaya mənfi təsirinin olmayacağını bildirib: "Bazar günü meydandan yaxşı nəticəylə ayrılmadıq. Ancaq bunun sabahkı oyuna heç bir təsiri olmayacaq. "Qəbələ" ilə matça yaxşı hazırlaşmışıq. Sabah meydandan 3 xalla ayrılmağa çalışacağıq. Keçmiş oyunlar bizə yaxşı dərs oldu. Məqsədimiz qalib gəlməkdir. Sabah da məqsədimiz yalnız bu olacaq”.









































































