Çempionlar Liqasının (ÇL) V turunda Rusiya "Rostov"u ilə səfər oyunu Almaniyanın "Bavariya" klubu üçün əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, Münhen təmsilçisində hesabı açan braziliyalı yarımmüdafiəçi Duqlas Kosta ÇL-də yubiley - 400-cü qoluna imza atıb.
Bu, 36-cı dəqiqədə reallaşıb. "Bavariya" turnirdə 400 qol həddini keçən 3-cü klub olub. Daha öncə buna nail olanlar İspaniya nəhəngləri - "Real"la (481) ilə "Barselona"dır (447).
Qeyd edək ki, "Bavariya" bu oyunda 2:3 hesabı ilə uduzub.