1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rikardinyo: "Penaltini vurarkən səhvə yol verdim" - MÜSAHİBƏ
"Qəbələ”nin braziliyalı futbolçusu Rikardinyo Avropa Liqasında "Anderlext"lə ev matçından sonar müsahibə verib. Sportnet.az-ın məlumatına görə, sol cinah müdafiəçi 1:3 hesabı ilə məğlub olduqları görüşlə, vura bilmədiyi 2-ci penalti ilə bağlı fikirlərini bölüşüb.
- Oyunun bu axarda keçəcəyini gözləyirdinizmi?
- Yaxşı, maraqlı oyun alındı. Amma nəticə biz istəyən kimi olmadı. Buna hörmətlə yanaşırıq. Yaxşı futbolçularımız var. İstər müdafiədə, istərsə də yarımmüdafiədə və hücumda olsun, hamı çalışdı ki, ən yaxşısını edək. Ancaq son dəqiqələrdə çox çalışdıq ki, axarı dəyişək, amma alınmadı. Təbii ki, nəticəyə görə üzülürük.
- İkinci penalti epizodunu yerinə yetirən zaman nə baş verdi?
- Təəssüf ki, topu kənara vurdum. İlk vuruşumda qol oldu, amma hakim yaxınlaşaraq bildirdi ki, topa vurmazdan əvvəl cərimə meydançasına futbolçu daxil olub. Qol vurduğumu desəm də, o, zərbəni yenidən yerinə yetirməli olduğumu bildirdi. Birinci penaltidə qol vurub hesabı bərabərləşdirsəm də, ikinci də bu, alınmadı. Səhvə yol verdim.
- Üç dəfə penalti vurdunuz və hamısında topu eyni cinaha yönləndirdiniz. Olmazdımı, ikinci penalti zamanı ilk cəhdiniz qeydə alınmadıqdan sonra əks cinahı yoxlayardınız?
- Məşq zamanı topu həm sağ, həm də sol cinaha vurmuşam. Amma bu dəfə özümdən sol tərəfi seçmişdim. Hiss etdim ki, mənim üçün həmin cinaha vurmaq daha rahat olar.
- Birinci penalti zamanı zərbəni vurmağ baş məşqçi tapşırmışdı, yoxsa özünüz topu götürdünüz?
- Oyuna hazırlıq prosesində bir neçə futbolçu penalti zərbələrini vurmağı məşq etdi. Kimisinin zərbəsini qapıçı tuturdu, kimisi dəqiq olurdu. Komandamızda 11 metrlik zərbələri dəqiq vuran futbolçular var. Bu gün meydanda özümü daha rahat hiss etdiyim üçün zərbəni vurdum.
- Növbəti oyunda "Qarabağ”la qarşılaşacaqsınız. Avropa Liqasındakı macəranız demək olar, başa çatdı. Bu dueldən nə gözləyirsiniz?
- Çox çətin oyun olacaq. Hər iki komanda yüksək səviyyədə oynayır. Rəqibin heyətində də yaxşı futbolçular cəmləşib. Onlar da bizim kimi Avropa Liqasının qrup mərhələsində çıxış edirlər. Artıq çempionata dönüşün zamanıdır.
- "Qarabağ” "Slovan”la oyunda yenilməsi sizin xeyrinizə olacaqmı?
- Deməzdim. Bu, futboldur. Hər bir komanda səhvlər edir. Biz də səhvlərdən yararlanmağa çalışmalıyıq.