1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in futbolçusu: "Bu vəziyyət bizi narahat edir"
"Komandamız var gücü ilə qarşıdakı oyuna hazırlaşır. Fikrimiz qələbə qazanmaqla azarkeşləri sevindirməkdir". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Vüqar Bəybalayev klub saytına açıqlamasında deyib.
O, Premyer Liqanın XIII turunda "Neftçi" ilə Gəncədə keçiriləcək oyunla bağlı fikirlərini bildirib: "Sonuncu oyunda xal qazanmağa yaxın olduq, "Qarabağ"a qarşı matçın ikinci hissəsində yaxşı çıxış etdik. Amma futbolda yaxşı oyuna xal verilmir. Son görüşlərdə qələbə qazana bilmirik, bu vəziyyət bizi də narahat edir. Özümüz də oyunları təhlil edirik. Onu da deyim ki, zədəlilərlə cəzalılarımız da çox olur. Meydana optimal heyətlə çıxa bilmirik. Bu da nəticəyə öz mənfi təsirini göstərir. Heyətlə bağlı vəziyyət yavaş-yavaş düzəlir. Ona görə də "Neftçi" ilə qarşılaşmada məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram. Qazanacağımız qələbə xal ehtiyatımızı artırmaqla yanaşı, turnir cədvəlində mövqeyimizi də yaxşılaşdıra bilər".
Qeyd edək ki, noyabrın 27-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Neftçi" oyunu saat 14:00-da başlayacaq.