Bu gün Ukrayna çempionatında XVI turun oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin formasını geyindiyi "Stal" "Vorskla"nı qəbul edib və 0:1 hesabı ilə uduzub.
Paşayev 90 dəqiqə meydanda qalıb. "Stal" 16 oyundan 14 xalla turnir cədvəlində 8-ci pillədədir.









































































