1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin futbolçusu erməni ilə hədəfdə: Cəza təhlükəsi var
Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev Ukraynada problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, "Stal"ın müdafiəçisinin "Karpatı"nın erməni legioneri Geqam Kadimyan kimi ikili vətəndaşlıq daşıması narazılıqlara səbəb olub.
Çünki onlar Azərbaycan və Ermənistan yığmalarında forma geyindiklərindən, legioner sayılmalı olduqları halda, Ukrayna Premyer Liqasında (UPL) yerli oyunçu statusu ilə çıxış edirlər.
UPL-in direktoru Yevgeni Dikiy hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb: "Hər iki klub sifariş müddətində futbolçuarının Ukrayna vətəndaşlığını daşıdığı pasportları təqdim ediblər. Bizdə siqnallar vardı. Ona görə futbolçuların statusu və transferi ilə bağlı komitəyə müraciət etdik ki, oinların çıxış etdikləri ölkələrin milli assosiasiyalarına müvafiq sorğu göndərsinlər. Bu müraciət dəfələrlə olub. Bu gün Ukrayna Futbol Federasiyasında həmin futbolçuların başqa ölkələrin vətəndaşları olmaları və milli komandada oynamaları ilə bağlı təsdiq var".
Direktorun sözlərinə görə, Ukrayna ali futbol qurumu bu futbolçuların statuslarının artıq 2017-ci ildə dəyişdirilməsi ilə bağlı qərar hazırlayır: "Klublar transfer müdətində öz iştirak ərizələrini qaydasına salmalıdırlar. Bundan sonra məsələyə baxılması Nizam-İntizam Komitəsinə veriləcək".
Qeyd edək ki, Pavel Paşayev Robert Proseçkinin baş məşqçiliyi vaxtında vaxtında millimizin şərəfini qoruyur.