Ardıcıl 3-cü mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ" yenə də 1/16 finala yüksələ bilməyib. Sportnet.az-ın məlumatına görə, bir dəfə qrupda 4-cü yeri tutan təmsilçimiz ikinci dəfə yarışı qrup 3-cüsü kimi başa vurdu.
Ümumiyyətlə, "Qarabağ”dan başqa daha 6 komanda son üç və daha çox mövsümdə ardıcıl Avropa Liqasının qrup mərhələsində çıxış edib. Onlardan "Vilyareal” (İspaniya), "Sparta Praqa” (Çexiya), "Sent-Etyenn” (Fransa) və "Krasnodar” (Rusiya) 2014-cü ildən, "Fiorentina” (İtaliya) və PAOK (Yunanıstan) isə 2013-cü ildən bu yarışın daimi iştirakçısıdır. Maraqlıdır ki, bu komandaların hamısı hazırkı mövsümdə qrup səddini uğurla adlayıb. (CBC Sport)








































































