1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlin mətbuat katibləri mükafatlandırıldı
İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin mətbuat katibi" nominasiyasında qaliblər müəyyənləşib. Sportnet.az xəbər verir ki, qaliblər futbol və digər idman növləri üzrə müəyyənləşib.
Futbol qurumlarından bu ada Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev layiq görülüb. O, 57 idman jurnalistindən 21-nin (37 %) səsini qazanıb. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov 15, "Qəbələ"nin mətbuat katibi Anar Hacıyev 8 səs yığıb. Sonrakı yerləri 5 səslə Cəmilə Sultanova (Bakı Olimpiya Stadionu), 4 səslə Mikayıl Nərimanoğlu (AFFA), 2 səslə Səbuhi Məmmədov ("İnter"), hərəyə 1 səslə Mehman Rəsulov ("Neftçi") və Elman Himayətoğlu ("Zirə") tutub.
İdman qurumlarından Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev birinci yeri tutub. O da 21 səs (37 faiz) yığsa da, Gənclər və İdman Nazirliyindəki həmkarı Səmayə Məmmədovanı cəmi 2 səs üstünlüklə geridə qoyub. Sonrakı yerləri 9 səslə Mayis Musayev (Azərbaycan Güləş Federasiyası), 4 səslə Samir Məhərrəmov (Azərbaycan Taekvondo Federasiyası), 3 səslə Sənan Məhərrəmov (Azərbaycan Karate Federasiyası) və 1 səslə Ramiz Mirzəzadə (Azərbaycan Boks Federasiyası) tutub.
Hər 2 qalib həmkarımıza mükafatı AFFA Məşçqilər Komitəsinin üzvü Böyükağa Hacıyev təqdim edib.