
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində son oyununu keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz Estoniya yığması ilə qarşılaşıb.
Görüş komandamızın qələbəsi ilə yekunlaşıb - 3:1. Merve Özdemirin dubl etdiyi oyunda bir dəfə Zehra İnceoğlu fərqlənib.